Almaniyanın Kottibus şəhərində idman gimnastikası üzrə beynəlxalq "Çağırış kuboku” turniri keçirilib. Yarışda azərbaycanlı idmançılardan ibarət dördlük də qüvvəsini sınayıb. Eldar Səfərov və Uğur Xəlilbəyli 46 iştirakçı arasında paralel qollarda müvafiq olaraq 26-cı, sərbəst hərəkətlərdə isə 27-ci olub. Şakir Şıxəliyev turnikdə 28-ci, Ruslan Namazov isə halqalarla çıxışına görə 38-ci olub.