“Gömrükçü” nün təmsilçiləri uğurla yarışıblar

“Gömrükçü” nün təmsilçiləri uğurla yarışıblar

Yevlax şəhərində sərbəst güləş üzrə 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında respublika turniri keçirilib.
İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun perspektivli idmançısı Tural Əsgərov (35 kq) çəki dərəcəsində I yerə layiq görülüb. Hamlet Nuriyev isə (38 kq) III olub.
1998-2000-ci il təvəllüdlü yeniyetmələrin yarışında Hüseyn Hüseynzadə (69 kq) birinci yeri tutub. Sarvan Sadıqov 46 kq çəki dərəcəsində II yerə, Şəhriyar Məmmədov isə (63 kq) III yerə çıxıb.

*  *  *
Bakı şəhəri 171 saylı orta məktəbin üzgüçülük hovuzunda üzgüçülük idman növü üzrə "Təhsil” Respublika İdman Mərkəzinin açıq çempionatı keçirilib.
Çempionatda İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun üzgüçülük bölməsinin idmançısı Nazir İsmayılov uğurlu çıxış edib. O, 50 m məsafədə arxası üstə üzmədə I yerə layiq görülüb. Nazir daha iki üsulda - 100 m məsafədə arxası üstə və həmin məsafəyə qarışıq üsulla üzmədə bütün rəqiblərini üstələyib. Perspektivli idmançı 50 m məsafədə sərbəst üsulla yarışlarda isə II yeri tutub. Klubun idmançısı Orxan Heydərli 50 m məsafədə sərbəst üsulla üzmədə III yerə çıxıb.
Qeyd edək ki, Nazir İmayılov bu ilin iyul ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək Yeniyetmələrin Avropa Festivalında Azərbaycan yığma komandasının tərkibində yer alacaq.

*  *  *
"Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib.
Bu yarışda "Gömrükçü” İdman Klubunun yetirməsi Şəhriyar Salmanov 50 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yeri tutub.
Qeyd edək ki, "Gömrükçü” İdman Klubunun yetirmələrini bu yarışlara klubun baş məşqçi-müəllimi Sadiq İsayev və məşqçi-müəllimi İlham Məmmədov hazırlayıblar.