Damaçıların mübarizəsinə yekun vurulub

Damaçıların mübarizəsinə yekun vurulub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində keçirilən ümidlər, kiçik kadetlər, kadetlər və gənclər arasında 64 xanalı dama üzrə Bakı birinciliyinə yekun vurulub.
Beynəlxalq dərəcəli hakim Boris Muşailovun rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunan yarışlarda 70 zəka sahibi iştirak edib. Turnirin bağlanış mərasimində iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, paytaxtın dama idman növü üzrə əlaqələndiricisi - Salman Əbdülov çıxış edərək gələcək yarışlarda idmançılara müvəffəqiyyətlər arzulayıb.
Qızlar və oğlanlar arasında keçirilən yarışda ilk üç yeri tutan idmançılar baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.