İdman qidası dünyasında yenilik

İdman qidası dünyasında yenilik



Fevralın 20-də Yeni Azərbaycan Partiyası Nərimanov rayon şöbəsinin inzibati binasında aparıcı mütəxəssislər, məşqçilər, idman həkimlərinin iştirakı ilə keçirildi. Şirkətin nümayədəsi öz məruzəsində arı məhsulları ilə bağı yenilik haqqında ətraflı məlumat verdi. Rusiyalı mütəxəssis qeyd etdi ki, F-25 adlandırılan yeni məhsul həqiqətən unikaldır. Elmi kəşf kimi qeydə alınmış yeni məhsula 2014-cü ildə patent verilib.
"Şirkətimiz tərəfindən əldə olunan F-25 idmançıların qidalanmasında mövcud olan bir çox problemli məqamları həll etməyə qadirdir. F-25 məhsulunu bir ay qəbul etdikdə o, orqanizm üçün 53 həyati vacib parametrlərə müsbət reaksiya verir. Belə ki, orqanizmin hüceyrələrində oksigen təhcizatı artır, mikroelemenlərin səviyyəsi yüksəlir, iş fəaliyyətinin effektliyi, dözümlük, əzələ gərginliyinin azalması, həmçinin özünəinam və sakitlik hissi sürətlə çoxalır. Bu məhsul bütün idman sahələrinə uyğundur və orqanizmə heç bir ziyan vurmadan onu tənzimləyir.
Məhz bu universal keyfiyyətinə görə, F-25 "korreksiya edən qida” kimi qəbul olunub. Yeni məhsul bütün beynəlxalq tələblərə cavab verir”, - deyə İldar Qalimov bildirdi.

Qeyd olundu ki, yeni məhsul rusiyalı mətəxəssislər tərəfindən 3 il ərzində Xantı-Mansiysk şəhərində yerləşən Olimpiya məktəbi bazasında təcrübədən keçirilib. Məlum olub ki, F-25-in idmançının sağlamlığına heç bir zərəri yoxdur, əksinə bu məhsulun qəbul edilməsi yeni nailiyyətlərə yol açır.
Məruzənin sonunda İldar Qalimov Azərbaycan idmançılarına Bakıda keçiriləcək I Avropa Oyunlarında uğurlar arzuladı. Rusiyalı mütəxəssis təmsilçilərimizin doğma azarkeşlər önündə daha çox medal qazanacaqlarına inandığını bildirdi.