Martın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran-pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edəcəklər.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 10 güləşçimiz turnirə yollanacaq. Qran-pri turnirində Hacl Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruhlan Məmmədov (hamısı 61 kq), Toğrul Əsgərov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 97 kq) və Əli Maqomedabirov (125 kq) qüvvəsini sınayacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.