Cəzaçəkmə müəssisəsində stolüstü tennis yarışı

Cəzaçəkmə müəssisəsində stolüstü tennis yarışı


Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Milli Olimpiya Komitəsi arasında 2013-cü il üzrə birgə imzalanmış tədbirlər planına uyğun olaraq 4 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında stolüstü tennis üzrə yarış keçirilib. Tədbiri giriş sözü ilə açan ədliyyə mayoru Hikmət Kazımov belə idman yarışlarının əhəmiyyətindən danışıb. "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev çıxış edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Milli Olimpiya Komitəsinin birgə tədbirlər planına uyğun keçirilən belə idman yarışlarının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, azadlıqdan müvəqqəti məhrum olanların belə tədbirlərdə iştirakı onları ruhlandırır. Bu insanlar cəmiyyət tərəfindən unudulmadıqlarına bir daha əmin olurlar. Çıxışlar başa çatdıqdan sonra yarışa start verilib. Stolüstü Tennis Federasiyasının məşqçisi, idman ustası Qulu Quliyevin idarə etdiyi yarış maraqlı mübarizə şəraitində keçib. 15 nəfər məhkum qalib adı uğrunda mübarizə aparıb. Yarışın qaliblərinə və digər iştirakçılarına diplom və çoxsaylı hədiyyələr verilib.