Martın 7-8-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.
Turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 3 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yola düşən heyətdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) yer alıb.
Turnirin proqramına əsasən, martın 7-də 50 kq, 60 kq, 74 kq və 96 kq, martın 8-də isə 55 kq, 66 kq, 84 kq və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaqlar.