Sərbəst güləşçilərimiz reytinqdə mövqelərini qoruyublar

Sərbəst güləşçilərimiz reytinqdə mövqelərini qoruyublar



Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz mövqelərini qoruyublar. Ən yüksək göstərici isə, son dünya çempionatının qızıl medalçısı Hacı Əliyev (61 kq) və gümüş mükafatıçısı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki güləşçimiz reytinqdə ikinci pillədə qərarlaşıb. İlk onluqda Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq) və Şərif Şərifov (97 kq) da var.