Dünya Güləş Birliyi 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Qadın güləşçilərin reytinq sıralamasında Azərbaycanın 5 idmançısının adı var.
Olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu Mariya Stadnik (48 kq) 2-ci pilləyə yüksəlib. Olimpiya oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Yuliya Ratkeviç (60 kq) isə 2 pillə geriləyərək 4-cü sırada qərarlaşıb.
Digər güləşçilərimizdən siyahıda İrina Netreba (58 kq, 11-ci pillə), Nataliya Sinişin (60 kq, 12-ci) və Nadya Muşka Sementsova (69 kq, 17-ci) yer alıb.