İdman ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

İdman ictimaiyyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib


Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə hər il martın
5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Əlamətdar gün münasibətilə Azərbaycanın idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri martın 5-də Fəxri xiyabana gələrək, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra idman ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə çiçəklər düzüb, "Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyublar.