Güləş üzrə açıq birinciliyə yekun vurulub

Güləş üzrə açıq birinciliyə yekun vurulub


"Zenit” İdman Cəmiyyətinin idman bazasında 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib.
"Zenit” İC-nin təşkilatçılığı ilə keçirilən idman tədbirində 2001-2003-cü il təvəllüdlü 72 idmançı mübarizə aparıb. Döşək üzərində İC-nin və cəmiyyətin Gəncə filialının güləşçiləri mübarizə aparıblar. 12 çəki dərəcəsi üzrə keçirilən yarışları "Zenit” İC-nin təsdiq etdiyi hakimlər kolleqiyası idarə edib.
Yarışlar Dünya Güləş Birliyinin qaydalarına əsasən, Azərbaycan Güləş Federasiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd güləş idman növünün inkişafı, cəmiyyətin ən güclü idmançılarının seçilməsi, respublika və beynəlxalq yarışlara hazırlığın artırılması olub.
Gərgin mübarizə şəraitində keçən yarışda Nürəddin Novruzov (29 kq, Gəncə), Ayxan Verdiyev (32 kq, Gəncə) İzzət Cəfərov (35 kq, Bakı), Fərid Qaurbanov (38 kq, Gəncə), Muhemmed Aydayev (41 kq, Bakı), Polad Ağammədov (44 kq, Bakı), Hüseyn Məmmədov (47 kq, Bakı), Mirnəzər Seyidov (50 kq, Bakı), Natiq Məmmədov ( 54 kq, Bakı), Fərid Əmiraslanov (58 kq, Gəncə), Məmmədəli Hüseynov (63 kq, Bakı), Mehdi Mirzəyev (+63 kq, Bakı) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Turnirdə ilk üç yeri tutan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.