İslam Ölkələrinin Həmrəylik Oyunlarına İndoneziya ev sahibliyi edəcək

İslam Ölkələrinin Həmrəylik Oyunlarına İndoneziya ev sahibliyi edəcək

İslam Ölkələrinin Həmrəylik Oyunları bu il iyun ayının 6-17-də İndoneziyanın Pekanbaru, Riau şəhərində keçiriləcək. Oyunlar həm Olimpiya, həm də qeyri olimpiya idman növləri üzrə keçirilir. Yarışların proqramına atletika, oxatma, üzgüçülük, basketbol, badminton, futbol, gimnastika, karate do, pencak silat, sepak takrav, idman dırmanması, taekvondo, tennis, ənənəvi avarçəkmə, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma və uşu idman növü salınıb. Oyunların proqramına əsasən futbol və voleyboldan fərqli olaraq bütün idman növlərində kişi və qadınlar iştirak edə bilər. Yarışlar beynəlxalq qaydalar üzrə keçiriləcək. Azərbaycan idmançıları futbol, sepak takrav, ənənəvi avarçəkmədən başqa bütün idman növlərində qüvvələrini sınayacaqlar. İlkin məlumata görə nümayəndə heyyətinin tərkibində 73 kişi, 25 qadın idmançı, 9 hakim, 7 həkim, 26 məşqçinin olması nəzərdə tutulub.