Açıq Azərbaycan çempionatında üçüncü gün

Açıq Azərbaycan çempionatında üçüncü gün


Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionat davam edir.
Çempionatın son günündə kişilər arasında gərgin mübarizə şəraitində keçən halqalar üzrə yarışların qalibi Azərbaycan təmsilçisi Oleq Stepko olub. İkinci yerə idmançımız Petro Parnyu layiq görülüb. Üçüncü pillədə isə İsrail təmsilçisi Eyal Qlazel qərarlaşıb. Qadınlar arasında hündürlüyə tullanma yarışlarında Azərbaycan təmsilçisi Kristina Pravdina fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. İkinci və üçüncü yeri Türkiyə idmançıları Tutya Yılmaz və Demet Mutlu tutublar.
Kişilər arasında dayaqla tullanma yarışlarında birinci yeri Beyhan Arcan, ikinci yeri Ahmed Öndər (Türkiyə), üçüncü yeri isə Aleksey Pajatov (İsrail) qazanıb.
Qadın idman gimnastikasının qızıl mükafatına Martin Skregeld (Norvec) sahib olub. İkinci yerdə onun həmvətəni Solvek Belk, üçüncü yerdə isə Türkiyə təmsilçisi Tutya Yılmaz qərarlaşıb.
Mükafatlandırma mərasimindən sonra bədii gimnastika yarışlarına start verilib.
Açıq Azərbaycan çempionatında 22 ölkədən 133 idmançı iştirak edir. Çempionata bu gün yekun vurulacaq.