Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı davam edir.
Martın 6-da qadınlar arasında hündürlüyə tullanma yarışlarında Azərbaycan təmsilçisi Kristina Pravdina fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz çıxışdan dərhal sonra çempioantla, qələbəsi ilə bağlı fikirlərini "olimpnews.az” saytı ilə bölüşdü.
- Hər bir idmançı yarış meydanına qələbə qazanmaq üçün çıxır. Çəkdiyin əziyyətin bəhrəsini görmək çox xoşdur. Əlbəttə, bu uğur məni çoz sevindirir. Amma çıxışımdan o qədər də razı qalmadım. Bundan da yaxşı çıxış edə bilərdim. Yarışın təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Bəzi cüzi çatışmazlıqlar olsa da, bunları sonrakı mərhələlərdə düzəltmək mümkündür.
Açıq çempionatda dünyanın 22 ölkəsindən gimnastlar qüvvələrini sınayırlar. Rəqabət çox güclüdür. Türkiyəli rəqibim yaxşı oyun nümayiş etdirdi. Avropa Oyunlarına qədər böyük səy və məsuliyyətlə işləmək lazım gələcək. Uğur əldə etmək üçün bu, çox vacibdir. İnanıram ki, bu yarışlarda uğur qazanacam.
Səadət Zifiqızı