Azərbaycan Tibb Universitetinin komandası dama yarışlarının qalibi olub

Azərbaycan Tibb Universitetinin komandası dama yarışlarının qalibi olub

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında XII Respublika Universiadası keçirilməsinə qərar verilib. Təqvim planına idmanın 12 növü - şahmat, dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis, voleybol, basketbol, həndbol, badminton, atletika və üzgüçülük daxildir.
Yarışlara martın 2-də dama idman növü ilə start verilib.
10 komandanın iştirak etdiyi dama yarışlarında I yeri Azərbaycan Tibb Universitetinin komandası tutub. Azərbaycan Dövlət İqtisad Universiteti və Milli Aviasiya Akademiyasının komandaları müvafiq olaraq, II-III yerləri tutublar.