Azərbaycan triatlonçusu “ehramlar ölkəsi”ndə birinci yeri tutub

Azərbaycan triatlonçusu “ehramlar ölkəsi”ndə birinci yeri tutub


Azərbaycanın triatlon üzrə yığma komandası bu il beynəlxalq yarışlarda ilk medalını qazanıb.
Həmin medalı ölkəmizə Rostislav Pevstov qazandırıb. O, Misirin Hurqada şəhərində keçirilən açıq Afrika kubokunda birinci yerə layiq görülüb. Həmçinin Rostislav Olimpiya oyunlarına vəsiqə əldə etmək üçün öz aktivinə reytinq balları da yazıb.
Yığmanın digər üzvlərindən Aleksandr Yatsenko 6-cı, Kseniya Levkovskaya isə 10-cü yerə layıq görülüb.
Qeyd edək ki, bu, Rostislav Pevstovun ilk uğuru deyil. İdmançı ötən il Meksikada keçirilən Panamerika kubokunun gümüş medalına, eləcə də Asiya kubokunda və Dünya kubokunda 2-ci yerə layiq görülüb.