Soçi-2014 Qış Olimpiya Oyunları zamanı yol hərəkəti qaydalarını pozanlar böyük məbləğdə cərimə ödəməli olacaqlar. Bununla bağlı Rusiya Nəqliyyat Nazirliyi qanun qəbul edib. Qanuna görə, yol hərəkəti qaydalarına əməl etməyənlər 10 min rubl cərimələnəcək və ya 6 ay müddətinə sürücülük hüququndan məhrum ediləcəklər. Avtomobilini qadağan olunmuş yerdə saxlayan sürücülər isə 3 min rubl həcmində cərimə ödəyəcəklər. Qeyd edək ki, bu qayda yalnız Moskvada və Sankt-Peterburqda tətbiq olunur. Soçidə yol nişanlarına əməl etməyən sürücülər üçün 5 min rubl cərimə nəzərdə tutulub. Yeni qaydalar 2014-cü il yanvarın 7-dən aprelin 1-dək qüvvədə qalacaq.