Olimpiya çempionunun başına nə gəldi?

Olimpiya çempionunun başına nə gəldi?



Olimpiya çempionunun başına gələnlər ölkəsinin idmansevərlərinin kədərinə səbəb olub.
Bolqasrıstanın ağırlıqqaldırma üzrə Olimpiya çempionu Milen Dobrev evindən ölü tapılıb.
M.Dobrevi evdə valideynləri aşkar ediblər. Bolqarıstan Daxili İşlər Nazirliyindən ölünün üzərində zorakılıq əlamətləri olmadığı bildirilib. Hələ ki, 35 yaşlı idmançının ölüm səbəbi məlum deyil.
Məlumat üçün bildirək ki, Milen Dobrev 94 kq çəki dərəcəsində Afina-2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.