Qadın güləşçimiz Polşada qızıl medal qazandı

Qadın güləşçimiz Polşada qızıl medal qazandı



Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.
55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq U-23 Avropa çempionatının qızıl medalına sahib olub.

48 kq
1/8 final - Nadejda Fedorova (RUS) - Patimat Baqomedova 10:0
Təsəlliverici görüş - Patimat Baqomedova - Vanesa Kaladzinskaya (BLR) 2:5

55 kq
1/8 final - Alyona Kolesnik - Anastasiya Krasnova (EST) 2:0 (təmiz qələbə)
1/4 final - Natali Rieser ((SUI) - Alyona Kolesnik 0:11
1/2 final - Alyona Kolesnik - Zalina Sidakova (BLR) 8:4
FİNAL - Evelina Nikolova (BUL) - Alyona Kolesnik 0:12 (təmiz qələbə)

69 kq
1/8 final - Martina Kuenz (AUT) - Elis Monolova 8:4