Həmvətənimiz birincilikdə nailiyyət qazanıb

Həmvətənimiz birincilikdə nailiyyət qazanıb

Rusiyanın Murmansk vilayətində akrobatik cığırda tullanma üzrə şəhər birinciliyi keçirilib. Turnirdə Murmanskdan və Koladan 20 idmançı iştirak edib. Hər bir iştirakçının nəticələri dörd hərəkətin yekunlarına görə müəyyənləşib. Gənc akrobatlar təcrübəli idmançılar ilə bir yerdə mübarizə aparıblar.
Yarışda Aleksey Kozlov (61,1 bal), Konstantin Romanov (57,9 bal), Diana Smirnova (59,6 bal) və həmvətənimiz, 2000-ci il təvəllüdlü Əhməd Əliyev (58 bal) hərəkətlərin öhdəsindən daha bacarıqla gəliblər.