11 güləşçimiz beynəlxalq reytinqdə yer alıb

11 güləşçimiz beynəlxalq reytinqdə yer alıb


Dünya Güləş Birliyi (DGB) 2015-ci ilin martında keçirilən yarışların nəticələrinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb.
Sərbəst güləşçilərimizdən 11-i DGB-nin reytinq siyahısında yer alıb. Son dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov (97 kq) ötən ay keçirilən Aleksandr Medvedin xatirə turnirində qalib olaraq reytinqdəki mövqeyini qoruyub. Dünya çempionu Hacı Əliyev isə ötən ay yarışlara 65 kiloqram çəki dərəcəsində qatıldığına görə, reytinq siyahısında mövqeyində dəyişiklik baş verib. Belə ki, 61 kiloqram çəkidə ikinci olan H.Əliyev yeni çəkidə 12-ci sırada qərarlaşıb. Bundan başqa, ilk onluqda Məhəmməd Müslümov (65 kq, 4-cü pillə), Cəbrayıl Həsənov (74 kq, 9-cu) və Şərif Şərifovun (97 kq, 5-ci) da adları var.