Avropa yeniyetmələrinin Olimpiya festivalı Tbilisidə keçiriləcək

Avropa yeniyetmələrinin Olimpiya festivalı Tbilisidə keçiriləcək



İyulun 25-dən avqustun 2-dək Tbilisidə keçiriləcək Avropa gənclərinin Olimpiya festivalında 49 ölkədən 3800 idmançı birincilik uğrunda mübarizə aparacaq. On üçüncü dəfə təşkil olunacaq yarışlar idmanın 9 növü – cüdo, tennis, bədii gimnastika, velosiped, atletika, üzgüçülük, voleybol, həndbol və basketbol üzrə keçiriləcək.
Festivalda iştirak edəcək Azərbaycan təmsilçilərinin "şef-de-mission”u Vaqif Əliyev AzərTac-a müsahibəsində komandaya hələlik 42 idmançının cəlb olunduğunu deyib. Qeyd edək ki, atletlərimiz idmançılarımız tennis, atletika, üzgüçülük, bədii gimnastika, cüdo və velosiped yarışlarında mübarizə aparacaqlar.
V.Əliyev həmçinin aprelin 23-dən 26-dək Tbilisidə "şef-de-mission”lar üçün təşkil olunacaq seminarda iştirak edəcəyini də deyib.