“Şahinlər” hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib

“Şahinlər” hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib

Xətai rayonunun məktəbliləri arasında "Şahinlər” hərbi idman və turizm oyunlarının final mərhələsi keçirilib.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan yarışda əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin şagirdlərin ordu sıralarında xidmətə hazırlanmasıdır.
Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların idman sahəsində də mühüm uğurlarla müşahidə olunduğunu bildirib.
Sonra Xətai rayonu üzrə 37 məktəbdən 550 şagirdin iştirak etydiyi yarışa start verilib. Yarışda mübarizə aparan VIII-X sinif şagirdləri iki mərhələdə idmanın 10 növü üzrə qüvvələrini sınayıblar.
Qalib gələn məktəbin komanda gələn həftə keçiriləcək Bakı zona birinciliyində iştirak edəcək.