İran pəhləvanları Bakıda təlim-məşq toplanışında

İran pəhləvanları Bakıda təlim-məşq toplanışında


Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir.
Yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edirlər. Təlim-məşq toplanışına İran İslam Respublikasının yunan-Roma güləşçiləri də qoşulublar.
7 idmançı və 5 məşqçi ilə təlim-məşq toplanışında iştirak edən İran yığmasının heyətində dünya və Asiya çempionatlarının mükafatçıları Mehdi Zeidvand (66 kq), Said Murad Abdvali (71 kq), Abdulmuhammed Papi (59 kq), Hassan Zeidvand (66 kq) da yer alıblar.