ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışarı keçirilir.
Yarışda Azərbaycan komandası ilə yanaşı, Türkiyə, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran və Belarus kollektivləri də mübarizə aparır. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Türkiyə, İran və Belarus komandaları ilə "B” qrupda yarışırlar. "A” qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayır.
Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, sonra isə Belarusu 6:2 hesabı ilə məğlub ediblər. Qrupun son görüşündə idmançılarımız İran komandası ilə qarşılaşacaqlar. Görüş aprelin 13-də Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.
Turnirə sabah yekun vurulacaq.
AZƏRBAYCAN - Türkiyə 7:1
57 kq - Yaşar Əliyev - Sezer Akgül 9:3
61 kq - Hacı Əliyev - Munir Recep Aktaş 17:4
65 kq - Toğrul Əsgərov - Sefa Aksoy 11:0
70 kq - Ruslan Dibirhacıyev - rəqib yoxdur
74 kq - Cəbrayıl Həsənov - Söner Demirtaş 6:3
86 kq - Aleksandr Qostiyev - Serdar Böke 4:2
97 kq - Şərif Şərifov - İbrahim Bölükbaşı 2:0
125 kq - Cəmaləddin Məhəmmədov - Tanju Gemici 0:5
Belarus - AZƏRBAYCAN 2:6
57 kq - Vladislav Andreyev - Cəlal Süleymanov 2:12
61 kq - Dzianis Maksimau - Hacı Əliyev 2:12
65 kq - Azamat Nurikau - Toğrul Əsgərov 2:6
70 kq - Jan Safyan - Ruslan Dibirhacıyev 0:8
74 kq - Ali Şabanau - Cəbrayıl Həsənov 1:1*
86 kq - Amarhaji Mahamedau - Aleksandr Qostiyev 1*:1
97 kq - İvan Yankouski - Şərif Şərifov 1:11
125 kq - Aleksey Şemarov - Cəmaləddin Məhəmmədov 4:3