Avropa Oyunlarının güləş yarışlarına sınaq xarakterli beynəlxalq turnir keçiriləcək

Avropa Oyunlarının güləş yarışlarına sınaq xarakterli beynəlxalq turnir keçiriləcək



Aprelin 16-19-da sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi turnirə Heydər Əliyev adına İdman-Konsert Kompleksində start veriləcək. Turnir bi ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına sınaq xarakteri daşıyır.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri də iştirak edəcəklər.
Proqrama əsasən, aprelin 16-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 17-də yunan-Roma güləşi üzrə gənclər, 18-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 19-da isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaqlar. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.