Heydər Əliyev Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə start verilib.
Olimpnews.az xəbər verir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına sınaq xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər. İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb.Final görüşləri Bakı vaxtı ilə saat 17.30-da başlayır.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.