Heydər Əliyev Idman Arenasında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir.
Aprelin 16-da yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan güləşçiləri ilk yarış günündə 20 medal (3 qızıl, 8 gümüş və 9 bürünc) qazanıblar. Nəticəyə görə, komanda hesabında yığmamız birinci yeri tutub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.