Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası oldu

Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası oldu


Aprelin 3-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) VI hesabat-seçki Baş Məclisi keçirildi. Baş Məclis öz işini başa çatdırdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası oldu. İclasda Ağacan Abiyev Milli Olimpiya Komitəsinin baş katibi, Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev MOK-un vitse-prezidentləri seçildilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzuladı. MOK-un İcraiyyə Komitəsi 17 üzvdən ibarətdir.

Milli Olimpiya Komitəsi
İcraiyyə Komitəsinin üzvləri

Əliyev İlham Heydər oğlu
Əliyeva Mehriban Arif qızı
Abdullayev Namiq Yədulla oğlu
Abiyev Ağacan Qulam oğlu
Cabbarov Azad Vaqif oğlu
Əliyev Natiq Avil oğlu
Əliyev Rauf Asif oğlu
Hüseynzadə Çingiz Muxtar oğlu
İsayev Xəzər Ağəli oğlu
İsmayılov İsmayıl Sultan oğlu
Qarayev Faiq Əli oğlu
Meftəhətdinova Zemfira Əliyevna
Məmmədov Ələkbər Əmir oğlu
Rəhimov Azad Arif oğlu
Sadıqov Sadıq Asəf oğlu
Salahova Zərifə Teymur qızı
Şabanova Rəfiqə Mahmud qızı