Azərbaycan təmsilçisi atçılığın konkur növü üzrə beynəlxalq turnirin qalibi olub

Azərbaycan təmsilçisi atçılığın konkur növü üzrə beynəlxalq turnirin qalibi olub

Belçikanın Lanaken şəhərində atçılığın konkur növü üzrə CSİ3* kateqoriyalı beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi Patrik Makenti təmsil edib. Maneələrinin hündürlüyü 1,4 metr olan mərhələni 30,48 saniyə göstərici ilə başa vuran idmançımız "Alice Mury Marais Z” ləqəbli atla turnirin qalibi adını qazanıb.
Avstraliyalı Filip Lever "Chella D Amour Sb Z” ləqəbli atla ikinci, braziliyalı Modolo Zanotelli isə "Cavalia” ləqəbli atla üçüncü olublar.