Stolüstü tennis üzrə çempionat keçirilib

Stolüstü tennis üzrə çempionat keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil olunan çempionata 19 komandanın tərkibində 60 iştirakçı qalib adı uğrunda mübarizə aparıb. İdmançılar Olimpiya sistemi ilə şəxsi və komanda hesabında qüvvələrini sınayıblar. Beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandası tutub. FHN-in Akademiyası ikinci, Şimal-Qərb Regional Mərkəzinin komandası isə üçüncü yerə layiq görülüb. Şəxsi yarışlarda Əli Bayramov (Xüsusi Riskli Xilasetmə Xidməti) bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıb. Vüqar (İbrahimov DYMX) və Tofiq Rzayev (DYMX) müvafiq olaraq, ikinci, üçüncü yerlə kifayətləniblər. Komanda və şəxsi yarışlarda qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.