Təhsil müəssisələri arasında keçirilən VIII Spartakiadaya yekun vurulub

Təhsil müəssisələri arasında keçirilən VIII Spartakiadaya yekun vurulub


Respublika Bədən Tərbiyə və İdman Mərkəzinin kütləvi idman tədbirlərinin təqvim planına əsasən, 2015-ci il tədris ilinin birinci yarısında respublika ümumtəhsil və ilk peşə təhsili müəssisələrinin şagirdləri arasında VIII Spartakiada keçirilib. 8 idman növü üzrə keçirilən yarışlar 4 mərhələdə təşkil olunub. Birinci mərhələdə məktəbdaxili yarışlar, ikinci mərhələdə rayondaxili yarışlar, üçüncü mərhələdə zona yarışları, dördüncü mərhələdə isə respublika final yarışları keçirilib. Aprelin 1-16-da Bakı şəhərində VIII Spartakiadanın final yarışları olub. Final oyunları çərçivəsində Bakı-I, Bakı-II, Qax, İmişli, Gəncə, Lənkəran, Mingəçevir, Qazax, Şirvan, Sabirabad, Salyan, Sumqayıt, Şəmkir, Şamaxı, Şəki, Masallı,Tovuz, Zərdab, Qusar, Kürdəmir, Goranboy, Gədəbəy, Ağstafa, İsmayıllı, Masallı, Cəlilabad və başqa rayonların komandaları mübarizə aparıblar.

Final yarışlarında 35 rayondan 1600 məktəbli (730 qız) 8 idman növündə bacarığını nümayiş etdirib. Ümumi komanda hesabında şəhərlər arasında Bakı Baş Təhsil İdarəsi birinci, Mingəçevir Şəhər Təhsil Şöbəsi ikinci, Sumqayıt şəhər Təhsil Şöbəsi və Şəki Şəhər Təhsil Şöbəsi üçüncü yerə layiq görülüblər.
Rayonlar arasında Cəlilabad Rayon Təhsil Şöbəsi I, Sabirabad Rayon Təhsil Şöbəsi II, Qusar və Qazax rayon Təhsil Şöbələri III pillədə qərarlaşıblar. İlk peşə-təhsili müəssisələri arasında I yerə 7 saylı Bakı Peşə Liseyi layiq görülüb. İkinci və üçüncü yerləri, müvafiq olaraq, 12 və 5 saylı Bakı Peşə liseyləri tutublar. Bütün qalib məktəblilər Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Respublika ümumtəhsil və ilk peşə təhsili müəssisələrinin VIII Spartakiadasının yekun nəticələrini təqdim edirik.

Futbol
1. Şamaxı
2. Mingəçevir
3. Zaqatala

Həndbol (oğlanlar və qızlar)
1. Nizami 219; Nəsimi 9
2. Nəsimi 9; Nizami 214
3. Mingəçevir; İsmayıllı

Voleybol (oğlanlar və qızlar)
1. Şəki; Xətai 269
2. Qax; Xətai 264
3. Salyan; Şəki

Şahmat (oğlanlar və qızlar)
1. Mingəçevir; Ucar
2. Oğuz; Mingəçevir
3. Ucar; Xətai 269

Dama (oğlanlar və qızlar)
1. Səbail; Yasamal
2. Xətai; Səbail
3. Yasamal; Xətai

Stolüstü tennis (oğlanlar və qızlar)
1. Nərimanov 258; Nizami 229
2. Sumqayıt, Suraxanı 85
3. Nizami 145; Sumqayıt

Atletika (oğlanlar və qızlar)
1. Sumqayıt; Mingəçevir
2. Qazax; Səbail
3. Qusar; Qusar

Basketbol (oğlanlar və qızlar)
1. Şəki; Yasamal 158
2. Nəsimi 164; Xətai 269
3. Abşeron; Səbail 236