Gənc xilasedici və yanğınsöndürənlər qüvvələrini sınayıblar

Gənc xilasedici və yanğınsöndürənlər qüvvələrini sınayıblar


Aprelin 20-də Masallı şəhər 3 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 92 illik yubileyinə həsr edilmiş rayon məktəbliləri arasında "Gənc xilasedici və yanğınsöndürən” yarışı təşkil edilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Gənclər və İdman, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə orta və ümumtəhsil müəssisələrinin şagirdləri fövqəladə hallara hazırlıq çərçivəsində fiziki və intellektual bacarıqlarını nümayiş etdiriblər.
Tədbirdə çıxış edən rəsmi nümayəndələr bu yarışın əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətindən, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən danışıblar.
8 komandanın birincilik uğrunda mübarizə apardığı yarışda S.Tağıyev adına Digah 4 saylı orta məktəbin komandası birinci, N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin komandası ikinci, İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilib və zona yarışlarına vəsiqə qazanıb.