Sablyaçılarımız Asiya sınağına hazırlaşırlar

Sablyaçılarımız Asiya sınağına hazırlaşırlar

Mayın 2-3-də Çində qılıncoynatma üzrə dünya kuboku yarışları keçiriləcək. Bu barədə qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əhmədov məlumat verib. Baş məşqçinin sözlərinə görə, dünya kubokunda ölkəmizi Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyadova bacıları təmsil edəcəklər.