Yeniyetmə hokkeyçilər sınaq meydanında

Yeniyetmə hokkeyçilər sınaq meydanında


Aprelin 25-də Respublika Otüstü Hokkey Kompleksində Bakı və Sumqayıt şəhərlərinin 2000-2002-ci illər təvəllüdlü məktəbliləri arasında festivala start verilib. İlk Avropa Oyunlarına həsr olunan otüstü hokkey yarışında ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət 16 komandası iştirak edir. Festivalın əsas məqsədi Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün 16 yaşınadək oğlan və qızların seçmə komandalara namizədliyini müəyyənləşdirməkdir.
Yarışda mükafatalayiq yer tutan komandalara fəxri kubok, diplom və medallar təqdim ediləcək.