Sərbəst güləşçilər Avropa Oyunlarına Göygöldə hazırlaşırlar

Sərbəst güləşçilər Avropa Oyunlarına Göygöldə hazırlaşırlar

Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Bakı-2015 Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirir.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən olimpnews.az-a verilən məlumata görə, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən toplanışa böyüklərdən və gənclərdən ibarət yığmanın 30-dək üzvü qatılıb.
Hazırlıq prosesi mayın 6-dək davam edəcək.
Qeyd edək ki, I Avropa Oyunlarında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlar 13 - 18 iyunda Heydər Əliyev İdman Arenasında keçiriləcək. Yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.