Ən böyük dopinq istehsalçısı hansı ölkədir?

Ən böyük dopinq istehsalçısı hansı ölkədir?

 İdmanda istifadəsi qadağan edilmiş maddələrin istehsalı üçün tətbiq edilən materialların az qala hamısının Çindən göndərilməsi barədə ittihamlarla əlaqədar bu ölkədə yoxlama aparılacağı gözlənilir. Bunu Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Devid Houmen bildirib.
WADA rəhbərlərindən biri olan - Houmen keçən həftə deyib ki, bütün dünyada kriminal qruplaşmalar tərəfindən dopinq istehsalı üçün istifadə edilən materialların 99 faizi Çindən göndərilir.
İTAR-TASS agentliyi Çinin İdman Nazirliyinin antidopinq bölməsinin rəhbəri Tszyan Çjisyuyenin aşağıdakı sözlərini sitat gətirir: "Houmenin şərhi bizi şoka salıb. Bu 99 faiz məsələsinin nəyə əsaslanması aydın deyil. Biz WADA-dan ətraflı izahat tələb etmişik".
Onun sözlərinə görə, 2008-ci ildə Pekində Olimpiya Oyunlarından əvvəl aparılan təhqiqatda olduğu kimi, qarşıdakı yoxlamalarda da bir neçə nazirlik iştirak edə bilər.