Mayın 6-da "Zenit” İdman Cəmiyyətində (İC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə sərbəst güləş üzrə kadetlər arasında açıq birincilik keçirilib.
Açıq birincilikdə idmançılar iki yaş (2000-2002 və 2003-2004) qrupunda mübarizəyə qoşulublar. Yarışda "Zenit” İC-nin (Bakı), "Həyat” İdman Klubunun (Gəncə), 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) yetirmələri iştirak ediblər. Birincilik uğrunda 22 çəki dərəcəsində 151 idmançı qüvvəsini sınayıb.
2000-2002-ci il təvəllüdlü kadetlər arasında mükafatalayiq yerləri "Zenit” İC-nin təmsilçiləri qazanıblar. Bütün görüşləri inamla başa vuran Vüqar Nəzərli fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Elçin Hacadov 2-ci, İzzət Cəfərov isə 3-cü yerə layiq görülüb. 2003-2004-cü il təvəllüdlü kadetlər arasında isə birinci yerdə 1 saylı UGİM-nin təmsilçisi qərarlaşıb. "Zenit” İC-nin yetirməsi Vüsal Nəcəfzadə ikinci, "Həyat” İK-nun (Gəncə) güləşçisi Məhərrəm Məhərrəmov üçüncü yeri tutub.
Yarışda mükafatalayiq yer tutan idmançılar "Zenit” İdman Cəmiyyəti tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.