Qadın güləşçilərimiz Kiyevdə təlim-məşq toplanışındadırlar

Qadın güləşçilərimiz Kiyevdə təlim-məşq toplanışındadırlar



Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Kiyevdə davam etdirir.
Güləşçilərimiz mayın 6-dan etibarən Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışına başlayıblar. Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev, gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 14 güləşçi cəlb olunub.
Türkan Nəsirova (44 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan, Leyla Qurbanova, Solmaz Həşimzadə (hamısı 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq), Səbirə Əliyeva və Gözəl Zutovanın (hər ikisi 75 kq) iştirakı ilə yığmamızın təlim-məşq toplanışı mayın 20-dək davam edəcək.