Azərbaycan çaparı Fransada beynəlxalq yarışın qalibi olub

Azərbaycan çaparı Fransada beynəlxalq yarışın qalibi olub


Fransanın Fontenblo şəhərində atçılıq üzrə CSI2* kateqoriyalı beynəlxalq yarış keçirilib.
Azərbaycanı turnirdə təmsil edən milli komandamızın üzvü Patrik Makenti yarışın ilk günündə 1,30 metr hündürlüyündəki maneənin dəf edilməsi üzrə vaxta qarşı yarışda marşrutu 58,64 saniyəlik nəticə ilə cərimə xalı olmadan başa vuraraq ikinci yerin sahibi olub.
Yarışın ikinci günü təmsilçimiz qüvvəsini "Alice Mury Marais Z” ləqəbli atla sınayıb. O, hündürlüyü 1,35 metr olan vaxta qarşı yarışda bütün rəqiblərini üstələyərək qalib adını qazanıb.