Hokkey festivalı başa çatdı

Hokkey festivalı başa çatdı


Respublika Otüstü Hokkey Kompleksində Bakı və Sumqayıt şəhərlərinin ilk Avropa Oyunlarına həsr olunan otüstü hokkey idman növü üzrə festivalına yekun vurulub. Turnirdə ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət 16 komandası iştirak edib. İkinci dəfə təşkil edilən bu yarışın məqsədi 2016-cı ilin yayında keçiriləcək Avropa çempionatında iştirak edəcək 16 yaşınadək oğlan və qızlardan ibarət seçmə komandalarımıza namizədləri müəyyənləşdirmək olub. Festivalın yekununda komandaların qruplarda tutduqları yerlər müəyyənləşib. Həmin görüşlərdə aşağıdaki nəticələr qeydə alınıb:

Qızlar
H.Əliyev adına lisey (Xətai) - 275 N0-li məktəb (Suraxanı r.) - 1:3
22 N0-li məktəb (Sumqayıt ş.) - 233 N0-li məktəb (Qaradağ r.) - 6:2
276 N0-li məktəb (Binəqədi r.) - 2 N0-li Uşaq Evi (Suraxanı r.) - 0:8
284 N0-li məktəb (Binəqədi r.) - 117 N0-li məktəb (Xəzər r.) - 1:4

Pley-off oyunları
I - II yerlər uğrunda
22 N0-li məktəb (Sumqayıt ş.) - 117 N0-li məktəb (Xəzər r.) - 0:2

Oğlanlar
I-II yerlər
17 N0-li məktəb (Sumqayıt ş.) - 117 N0-li məktəb (Xəzər r.) - 5:1

Pley-off oyunları
I-II yerlər
275 N0-li məktəb (Suraxanı r.) - 117 N0-li məktəb (Xəzər r.) - 1:1(bullitlər seriyasında 2:3)
İdman tədbirinin yekununda mükafatalayiq yer tutan komandalara fəxri kubok, diplom və medallar təqdim edilib.
Xatırladaq ki, Bakı və Sumqayıt şəhərlərinin 2000-2002-ci il təvəllüdlü məktəbliləri arasında təşkil edilən bu layihənin sonuncu- III mərhələsinə bu ilin oktyabr ayında yekun vurulacaq. Həlledici mərhələdə komandalar standart ölçülü meydanda çıxış edəcəklər. Məhz həmin oyunlardan sonra 2016-cı ildə keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcək oğlan və qızlardan ibarət seçmə komandalara namizədlər müəyyənləşdiriləcək.