Güləşçilərin və məşqçilərin ümumrespublika seminarı təşkil ediləcək

Güləşçilərin və məşqçilərin ümumrespublika seminarı təşkil ediləcək


Xəbər verdiyimiz kimi, mayın 19-21-də "Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Çempionatdan əvvəl, mayın 18-də Azərvaycanın bütün bölgələrindən məşqçi və hakimlərin iştirakı ilə Ümumrespublika seminarı keçiriləcək. Seminarın təşkilində məqsəd güləşçilərin hazırlığı ilə bağlı məsələləri müzakirə etmək, yeni qaydalar və beynəlxalq təcrubə barədə fikir mübadiləsi aparmaqdır. Seminarda AGF-nin baş katibi Əjdər Cəfərov, Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi, türkiyəli güləş mütəxəssisi Ramazan Savranbaşı iştirak edəcəklər.
Məşqçi və hakimlərin ümumrespublika seminarı"Sərhədçi" İdman Olimpiya Mərkəzində mayın 18-də saat 10:00-da başlayacaq.