“Cəsurlar” hərbi idman və turizm oyununun final mərhələsinə yekun vurulub

“Cəsurlar” hərbi idman və turizm oyununun final mərhələsinə yekun vurulub


Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda "Cəsurlar” hərbi idman və turizm oyununun final mərhələsi keçirilib.
Yarış Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2 "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi” bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilib. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına marağın daha da artırılması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarətdir.

Yarışda rayonun 21 məktəb komandasının tərkibində 147 nəfər məktəbli (onlardan 42 nəfəri qızlardır) iştirak edib. Yarışın nəticəsinə görə, I yerə 258 saylı məktəbin komandası çıxıb. 193, 212 saylı məktəbin komandaları isə II, III yeri tutublar. Bu komandalar Nərimanov rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, medal, kubok və qiymətli xatirə hədiyyələri ilə təltif olunublar. Qeyd edək ki, turnirdə fərqlənənlər məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıblar.