İsveçin Qeteborq şəhərində keçirilən batut gimnastikası üzrə "Frivolten Cup” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək ölkəmizə 3 medal qazandırıblar. İdmançımız Dmitri Fedorovski ikili mini tramplində çıxışına görə bürünc medal əldə edib. Fərdi çıxışda isə gimnastımız fəxri kürsünün ikinci pilləsində yer alıb.
Qadınlar arasında fərdi çıxışlarda Sabina Zaytseva Azərbaycan yığmasının hesabına 1 gümüş medal yazdırıb.
Paralel olaraq İsveçrənin Cenevrə şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku yarışları keçirilib. Qadınlardan ibarət qrup komandamız bu yarışı 5-ci yerdə başa vurub. Komandamızı Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova təmsil ediblər.