Həmyerlimiz K-1 yarışlarının favoriti ilə döyüşüb

Həmyerlimiz K-1 yarışlarının favoriti ilə döyüşüb

Martın 15-də Xorvatiyanın Zaqreb şəhərində K-1 versiyası üzrə peşəkarlar arasında "səkkizlik”də yer alan idmançıların final döyüşü keçirilib. Həmyerlimiz Zabit Səmədov da bu yarışda iştirak edib. Qeyd edək ki, mart ayının əvvəllərində Zaqrebdə final döyüşləri ilə bağlı mətbuat konfransı keçirilib. Həmin vaxt həlledici mərhələdə hansı cütlüklərin qarşılaşacağına da ayıdnlıq aydınlıq gətirilib. Püşkə görə, həmyerlimiz Zabit Səmədov finalda avstraliyalı idmançı Ben Adlerlə döyüşməli idi. Lakin yarışların başlamasına bir gün qalmış həmyerlimizin rəqibi başqası ilə əvəzlənib. Belə ki, Zabit Səmədovun məşhur mərakeşli döyüşçü, K-1 yarışlarının favoriti sayılan Badri Hari ilə qarşılaşacağı elan edilib. Beləliklə, həmyerlimiz tanınmış mərakeşli ilə üz-üzə gəlib. Döyüş çox maraqlı və bərabər səviyyədə keçib. 3 raunddan ibarət olan bir qarşılaşmada Zabit Səmədov hakimlərin ədalətsizliyi ilə üzləşib. Sonuncu raundda onun rəqibi qaydanı pozsa da, hakimlər bunu "görməyiblər”. Nəticədə, həmyerlimiz xal hesabı ilə məğlub olub. Məlumat üçün deyək ki, Zabit Səmədov K-1 versiyası üzrə dünya və Avropa çempionudur.