Mayın 19-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatına start verilib.
Çempionatın ilk günündəyunan-Roma güləşi üzrə42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq və 63 kq çəki dərəcəsində 115 pəhləvan mübarizə aparıb. Yarışın nəticələrinə əsasən, ilk günün qalibləri müəyyənləşib. Kamran Pənahov (42 kq, Beyləqan), Zaur Nuriyev (46 kq, Məhsul İC), Həsən Məmmədli (50 kq, ROİL), Xancavad Məcidzadə (54 kq, Mingəçevir), .Kənan Cəfərov (58 kq, Gəncə, Neftçi İK) və Ramin Cəfərov (63 kq, Neftçi İK) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Yarışlar davam edir.