Yeniyetmələrin güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Yeniyetmələrin güləş üzrə Azərbaycan çempionatı başa çatıb



Mayın 19-21-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin Azərbaycan çempionatı keçirilib.
Çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 42 kq, 46 kq, 50 kq, 54 kq, 58 kq və 63 kq çəki dərəcəsində 115 pəhləvan mübarizə aparıb. Yarışın nəticələrinə əsasən, ilk günün qalibləri müəyyənləşib. Kamran Pənahov (42 kq, Beyləqan), Zaur Nuriyev (46 kq, Məhsul İC), Həsən Məmmədli (50 kq, ROİL), Xancavad Məcidzadə (54 kq, Mingəçevir), . Kənan Cəfərov (58 kq, Gəncə, Neftçi İK) və Ramin Cəfərov (63 kq, Neftçi İK) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 69 kq, 76 kq, 85 kq və 100 kq, sərbəst güləş üzrə 42 kq, 46 kq və 50 kq çəki dərəcələrində 111 pəhləvan mübarizə aparıb. Yunan-Roma güləşi yarışlarında Ülvi Qənizadə (69 kq), Rüfət Güləliyev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) qızıl medala layiq görülüblər. Sərbəst güləşçilərin mübarizəsində isə Əsgər Məmmədəliyev (42 kq), Tural Bayramov (46 kq) və Rakif Eminov (50 kq) qızıl medal qazanıblar.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən Azərbaycan çempionatının son günündə sərbəst güləş üzrə 54 kq, 58 kq, 63 kq, 69 kq, 76 kq, 85 kq və 100 kq çəki dərəcəsində 157 pəhləvan qüvvəsini sınayıb. Güləşçilər Sabutay Əmişov (54 kq, ROİL), Qadisa Qazıyev (58 kq), Qurban Qurbanov (63 kq), İsmayıl Abdullayev (69 kq) hər üçü Atasport, Emin Nəcəfzadə (76 kq, "Lokomotiv”), Rahid Həmidli (85 kq, Masallı, Gömrükçü İSM) və Alimaqomed Alixmoev (100 kq, "Atasport”) I yeri tutublar.
Mükafatalayiq yer tutan idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər.