Təcrübəli mütəxəssisin 75 yaşı tamam oldu

Təcrübəli mütəxəssisin 75 yaşı tamam oldu


Şamaxı şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayevin 75 yaşı tamam oldu. Yubilyar 1940-cı il may ayının 21-də Şamaxı rayonunun Çağan kəndində anadan olub.
1979-cu ildə Şamaxı şəhər orta internat məktəbinə direktor təyin olunan Asif Ağayev burda işlədiyi yeddi il ərzində göstərdiyi nəticələrə görə "Qabaqcıl Maarif Xadimi” döş nişanına layiq görülüb. 1986-cı ildən Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru kimi çalışan təcrübəli mütəxəssis uşaqlara və gənclərə şahmatın sirlərinin öyrədilməsində əlindən gələni əsirgəməyib. Onun rəhbərlik etdiyi bu məktəbdə Aytac Zamanova, İlahə Xudiyeva, Niyaz Məmmədov, Asim Sərxanov kimi istedadlı şahmatçılar yetişib. Məhz səmərəli fəaliyyətin düzgün təşkili sayəsində Şamaxı Şahmat Məktəbinin yetirmələri zona, respublika və beynəlxalq səviyyəli yarışların, müxtəlif turnirlərin, kubokların qalibi olublar. Asif müəllim bu məktəbdəki əməyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi kollegiyasının qərarı ilə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb.
75 yaşını qeyd edən Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim” adı alıb.