Paralimpiyaçılarımız Cənubi Koreyada fərqləndilər

Paralimpiyaçılarımız Cənubi Koreyada fərqləndilər


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin idmançıları mayın 8-19-da Cənubi Koreyanın Seul şəhərində keçirilən "İBSA Dünya Oyunları”dan böyük uğurla vətənə dönüblər.
Heydər Əliyev adına Beynəlxalq hava limanında Paralimpiya Komitəsinin nümayəndələri və azarkeşlər idmançılarımızı böyük sevinc və coşquyla qarşılayıblar.
Qeyd edək ki, "İBSA Dünya Oyunları”nda komitəni 3 idman növündə (atletika, cüdo və üzgüçülük) 12 idmançı təmsil edib. İdmançılarımız 8 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 17 medal qazanıblar.