Yeni kitab çapdan çıxdı

Yeni kitab çapdan çıxdı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Dilqəm Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Yusif Vəliyevin birgə hazırladıqları yeni kitab çapdan çıxıb. "Heydər Əliyev və Azərbaycan idmanı” adlı bu kitab dərs vəsaitidir.
Kitabda 1970-2003-cü illər ərzində Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı materiallar öz əksini tapıb. Dərs vəsaitinin müxtəlif fəsillərində ayrı-ayrı dövrlərdə idman sahəsində həyata keçirilən tədbirlər, ulu öndər Heydər Əliyevin respublikamızda idmana və bədən tərbiyəsinə göstərdiyi diqqətdən bəhs olunur. Oxucular "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri (1969-2003)” başlığı altında verilmiş I fəsildə həmin illərdə idmanın inkişaf yolu, atletlərimizin əldə etdiklri nailiyyətlər barədə geniş məlumat əldə edə bilərlər. Dərs vəsaitinin II fəsili ("Xalqımızın ümumilli lideri Heydər Əliyevin vətənpərvərlik görüşləri”) dahi şəxsiyyətin gənc nəslin vətənpərvərlik tərbiyəsi ilə bağlı həyata keçirdiyi tədbirlərə həsr olunub III fəsildə isə Heydər Əliyevin müstəqillik, vətənpərvərlik, elm, təhsil, bədən tərbiyəsi və idman haqqında dediyi kəlamlara geniş yer verilib. Yeni kitabın IV fəslində "Bədən tərbiyəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun müddəaları əks olunub.
"Heydər Əliyev və Azərbaycan idmanı” kitabı tələbələr, magistrlər, ümumtəhsil məktəblərinin idman və bədən tərbiyəsi müəllimləri üçün nəzərdə tutulub.